“Oxçuçayın bütün eko-sistemi məhv edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan florasının 5 min növündən 2 minə yaxını işğaldan azad olunmuş ərazilərdə rasr gəlinir:
“Ərazi həm də endemizmin yüksəkliyi və nadir növlərin yayılması baxımından da çox maraqlı ərazidir.
“Qarabağ tülpanı, Sağsağan gülxətmisi, Şuşa vələsi, Zəngilan gəvəni, Şuşa xaşası, Şuşa gəvəni və Qarabağ güləvəri kimi növlər yalnız işğaldan azad olunmuş ərazilərdəd rast gəlinən nadir və endemik növlərdir”.
“Təhlükəsizlik tədbirləri həll olunduqca, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2023-cü ildə yeni “Qırmızı kitab”ın nəşri gözlənilir. Həmin saya işğaldan azad edilən ərazilərimizdə olan nadir növlər də salınacaq.
Ərazilərimizin qaytarılması bu kitabın növbəti sayının daha geniş, əhatəli və elmi tutumlu olmasına da fürsət verəcək”, - deyə nazir müavini əlavə edib.
İlhamə Əbülfət