Bir neçə gün əvvəl Qazax şəhərinin sakinləri mərkəz yolların bərbad vəziyyətdə olmasından şikayətçi idilər.
Onlar Oxu.Az-a müraciət edərək məsələnin uzun müddətdir həll edilməməsini bildirirdilər.
Nəriman Nərimanov, Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, Babək və Fərrux Qayıbov küçələrinin istifadəyə yararsız olduğunu deyən şikayətçilər maşınlara ciddi ziyan dəydiyini, piyadaların, xüsusilə də havaların yağışlı, qarlı olduğu zaman bu yollardan istifadə edə bilmədiklərini qeyd etmişdilər.
Oxu.Az narazılıqları nəzərə alaraq bununla bağlı yazı dərc etmişdi. Hazırda sözügedən yollar təmir olunur.
Nərmin Muradova