Sosial şəbəkələrdə Oxu.Az İnformasiya Agentliyində yayımlanmayan saxta məlumatlar paylaşılıb.
Belə ki, paylaşılan şəkildə göstərilən xəbər Oxu.Az saytında dərc olunmayıb, girişi “Newmindnewbodybook.com” linki ilə verilən xəbər başlığı oxucularımızı çaşdırıb.
Qeyd edək ki, saytımıza yalnız “oxu.az” linki ilə daxil olmaq olur. Oxucularımızı belə saxta məlumatlara inanmamağa çağırırıq.
