Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Oxu.Az-ın mobil telefonlar üçün proqramı tamamilə yeniləndi
Hörmətli oxucular,
Bizim komandamız keyfiyyətli və maraqlı xəbərlər, analitika, müsahibələr, fotoşəkil və videoların hazırlanması ilə yanaşı, həm də oxucuların maksimal rahatlığını təmin etmək üçün əlindən gələni edir.
Yəqin ki, çoxlarınız bizim mobil telefonlar və planşetlər üçün Oxu.Az adlanan proqramımızı görmüş və qiymətləndirmişsiniz.
Bu proqramın yenilənmiş versiyası yenidən yüklənilmək üçün App Store və Play Market-də yerləşdirilib.
Proqram gözü yormayan və çox rahat interfeys, iki dildən – rus və Azərbaycan dillərindən birini seçmək imkanı, həmçinin kateqoriyalar üzrə asan naviqasiya ilə fərqlənir. Proqrama saytımızın əsas xüsusiyyəti – hər bir materialı müşayiət edən böyük fotoşəkillər də daxildir.
Proqramın yenilənmiş versiyasında xüsusilə də son model iPhone smartfonlarının istifadəçilərini sevindirəcək daha üç yeni funksiya peyda olub.
Beləliklə, proqramın yenilənmiş versiyası iPhone 6 və iPhone Plus smarftonlarının böyük ekranını tam dəstəkləyir.
Bundan başqa, biz axtarış funksiyasını əlavə etmişik. İndi oxucular asanlıqla və rahatlıqla onlara lazım olan xəbəri axtarıb tapa biləcəklər.
Bundan başqa, proqramın köməyi ilə oxucular bəyəndikləri istənilən xəbəri Facebook, Twitter-də paylaşa, yaxud e-mail vasitəsilə göndərə bilərlər.
Xəbəri WhatsApp, Line və Telegram kimi proqramlar vasitəsilə dostlarınıza göndərə bilməyiniz üçün xəbərin linkinin copy-paste edilməsi funksiyası əlavə olunub.
Və ən başlıcası – bizim mobil proqramı mobil telefon, yaxud planşetə tamamilə pulsuz yazmaq olar.
Proqramı yükləmək üçün:
iOS (iPhone & iPad)