Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilir.
“Report”un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılır.
Qeyd edək ki, “Kosmik fəaliyyət haqqında” qanunun 8.2-ci maddəsində qeyd edilib ki, kosmik fəzada olan kosmik obyektin özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna uyğun olaraq özəlləşdirilməsinə, istismara yararsız vəziyyətə düşmüş və məhv olmaya qarşı tam sığortalanmış kosmik obyektlər üzərində mülkiyyət hüququnun sığorta müqaviləsində nəzərdə tutulduğu halda sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Rəylər