Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Özünü binadan ataraq kişinin başına düşən qızla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + ANBAAN VİDEO
Bakıda məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xətai rayonu, Qədir Məmmədov küçəsində 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar başlayıb.
Qeyd edək ki, hadisə zamanı qız özünü binadan atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb.
Nəticədə Z. Niyazov ağır xəsarətlər alıb.
18:14
Bu gün Bakıda məktəbli qız yaşadığı mənzilin balkonundan özünü ataraq intihar edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, gənc qız 245 saylı məktəbdə təhsil alırmış. Onun universitetə hazırlaşdığı deyilir.
Qızın valideynləri ilə problemləri olub.
15:13
Bakıda məktəbli qızın intihar etməsinin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə yaxınlıqdakı obyektin təhlükəsizlik kamerasına əks olunub.
Videoda 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan özünü atması və aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşməsi görünür.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, binanın qarşısında dayanan Z.Niyazov qızın intihar etdiyini görüb, onu tutmağa çalışıb, ancaq buna nail ola bilməyib və özü də hadisə zamanı ağır xəsarət alıb.
14:32
Bakının Xətai rayonunda məktəbli qız intiharı ilə bağlı yeni məlumatlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, binadan özünü atan 2005-ci il təvəllüdlü Xumar Babayevadır.
O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb.
Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.
13:16
Bakıda məktəbli intihar edib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 11-ci sinifdə oxuyan qız özünü binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.
Rəylər