Müasir iş adamı üçün geyim seçimi tək klassik və statuslu görünüşə sahib olmaq deyil, həm də rahat və dəbli obrazlarla fərqlilik yaratmaqdır.
“Pal Zileri” brendi kişilər üçün yaradılan geyimlərə özünəməxsus toxunuşları ilə seçilir. Onun əsasını uzun illər kostyum üzərində iş təcrübəsi və xırda detallara yüksək diqqət təşkil edir.
İtalyan tikiş sənətinin ənənələri ilə müasir texnologiyaların tətbiqinin birləşməsi “Pal Zileri”ni əsl İtaliya tekstil keyfiyyətinin sinoniminə çevrilib. Brend hər kolleksiyasında tanınmış istehsalçıların məhz “Pal Zileri” üçün eksklüziv olaraq 1000-dən çox yaratdığı parçalardan istifadə edir. Bir kostyumun tikilməsi üçün isə dərzilər 160 əl işi yerinə yetirən əməliyyat həyata keçirirlər.
 (1):640.jpg)
Vurğulamaq lazımdır ki, geyimlər yalnız İtaliyada istehsal olunur.
Brend 2021-ci il yaz-yay kolleksiyasında həm gündəlik geyimlərə həm də ənənəvi klassik dəstlərə yer verib.

 (1):640.jpg)
Bu mövsüm “Pal Zileri” iş görüşlərinə gedən şəxslərə tək birtonlu kostyumlardan istifadə etməyi yox, həm də müxtəlif rəngli şalvar və pencəklərə nəzər yetirməyi məsləhət görür.

Klassik üslubda geyim istehsalçısı kimi tanınan “Pal Zileri” məşhur kostyumlarından başqa, həm də mükəmməl gündəlik və idman üslublu geyimlər, aksesuarlar da istehsal edir.

Brendin kolleksiyalarında cins şalvarlara, pololara, bomber gödəkcələrə və snickerslərə də rast gəlmək olar.

2021-ci il yaz-yay kolleksiyası ilə Neftçilər prospekti 5A ünvanında yerləşən mağazada tanış ola bilərsiniz.
Tel: +99412 492-22-49
Mob: +99450 385-50-73