Milli Məclisin Elm və təhsil komitəsi “Ali təhsil haqqında” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanmasını özünün 2021-ci il payız sessiyası üçün iş planına daxil edib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı parlamentin Elm və təhsil komitəsində məlumat verilib.
Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, Milli Məclisdə “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanmasına başlanılıb.
O, hazırlanan qanun layihəsinin ümumi konseptual istiqamətləri və komitənin qarşıdakı payız sessiyası üçün iş planında nəzərdə tutulan digər məsələlər barədə fikirlərini bildirib.
Komitə iclasında qeyd edilib ki, “Ali təhsil haqqında” qanun layihəsi konseptual olaraq birinci oxunuşun tələblərinə uyğundur.