Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paytaxt bazarlarında lobya tapılmır - SƏBƏB
Paytaxt bazarlarında lobyanın qiymətində kəskin artım müşahidə olunur.
Belə ki, bölgələrdə 18-20 qəpiyə satılan məhsulun kiloqramı Bakıda üç manata yaxındır.
İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, paytaxt bazarlarında lobyaya az rast gəlinir, qiyməti isə ötən illərlə müqayisədə daha yüksəkdir.
Ekspert bunun səbəblərini demokrat.az-a açıqlayıb:
"Bakı bazarlarında yaşıl lobya tapılmır. Satışda olan lobyaların çoxu da xarabdır. Bu da hesab edirəm ki, ötən günlərdə bölgələrdə yağan aramsız yağışlarla bağlıdır. Lobya əkilən torpaqlar yumşaq torpaqdır, yağış yağanda da məhsulun yığılmasında çətinliklər yaranır. Bundan dolayı məhsuldarlıq aşağı düşüb. İnanmıram ki, rayonlarda da lobyanın qiyməti aşağı olsun. Bəli, lobya qıtlığının olduğu doğrudur. Bunun da səbəbi əlverişsiz hava şəraitidir. Lobya həm də yığımı çətin olan məhsuldur. Bu amillər məhsulu bahalaşdırır".