Bakının Binəqədi rayonunda bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Orucov Fuad Həsən oğlu tanışı ilə şəxsi münasibətlər zəminində dava zamanı bıçaqlanıb.
Yaralı aldığı ağır bədən xəsarətlərinə görə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.