Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda gecə saatlarında baş verən dəhşətli qəzada ölən piyadanın ADI AÇIQLANDI
"Bu gecə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxs Cavid Nəriman oğlu Cəfərovdur".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli deyib.
O qeyd edib ki, hadisə 12 noyabr saat 00:20-də H. Əliyev prospektində, "Saatın yanı" deyilən ərazidə - üzü hava limanı istiqamətində baş verib:
"Nissan Tiida" markalı 77-HU-326 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Cavid Nəriman oğlu Cəfərovu vurub. Piyada hadisə yerində həyatını itirib.
Fakt Suraxanı Rayonu Polis İdarəsində araşdırılır",- deyə R.Əhmədli vurğulayıb.
Bakı şəhərinin Suraxanı rayonunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Komsomol" dairəsi adlanan ərazidə, məhz piyada keçidinin altında qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, yolun hərəkət hissəsindən keçən piyada avtomobil tərəfindən vurulub. Nəticədə 1985-ci il təvəllüdlü şəxs hadisə yerində keçinib.
Əzizə İsmayılova
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib: Xilasedici köməyinə ehtiyac yaranıb
- Qaydaları heçə sayaraq sürətlə "qırmızı"da keçib dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ
- Göygöldə sürücü idarəetməni itirdi, avtomobil aşdı: Xəsarət ALANLAR VAR
- Sürücülərin qaydalara məhəl qoymadığı "Qobu Park-3" dairəsi: Kimdir günahkar?