Bakıda avtomobilin vurduğu 22 yaşlı oğlan 12 gün sonra xəstəxanada ölüb.
APA xəbər verir ki, mayın 20-də 1993-cü il təvəllüdlü Rasim Əfqan oğlu Qasımovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, “DSK yolu” deyilən ərazidə hərəkətdə olan zaman yolu keçən piyadalar - 2002-ci il təvəllüdlü Naməd Ceyhun oğlu Bayramovu və 2001-ci il təvəllüdlü Əvəz Əvəz oğlu Hüseynlini vurub.
Nəticədə Ə.Hüseynli az ağır bədən xəsarəti alıb, N.Bayramov isə müalicə aldığı xəstəxanada 12 gün sonra ölüb.
Faktla bağlı cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.