Azərbaycanın paytaxtında zavodda yanğın olub.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 2000 kv.m olan istehsalat sahəsinin mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları 600 kv.m sahədə yanıb.
Yanğın nəticəsində binanın dam örtüyü deformasiyaya uğrayıb. Zavodun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.