Ötən gün yağışlı hava şəraiti yol-nəqliyyat hadisəsi səbəb olub.
Oxu.Az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.
İlkin məlumata görə, yol-nəqliyyat hadisəsi metronun “Sahil” stansiyasının qarşısında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil LADA markalı maşına çırpılıb.
Qəza nəticəsində ölən və yaralananların olmadığı deyilir. Hər iki avtomobilə maddi ziyan dəyib.
Həmin görüntüləri təqdim edirik:
Bu gönderiyi Instagram'da görDigər xəbərlər