Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Paytaxtın əsas prospektlərindən birində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Bakının Nizami rayonu, Babək prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, "Baku Medical Plaza"nın yaxınlığında yolda aparılan təmir işləri səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
"Nizami rayonu, Babək prospektində ("Baku Medical Plaza"nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub", - deyə məlumatda qeyd olunub.
"Yol təmiri" teqi üzrə xəbərlər
- Cənubi Koreyada tikilməkdə olan YOL ÇÖKDÜ: Ölənlər var
- Lökbatanda yolda təmir işləri tıxaca səbəb olub
- Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
- Bakıda hər yağışdan sonra palçıq əmələ gəlir: Qurum qazmaq üçün icazə gözləyir
- Zabrat qəsəbəsinin sakinləri illərdir yol problemindən əziyyət çəkirlər - ŞİKAYƏT