Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Polad Həşimovun həyat yoldaşına dövlət qurumunda vəzifə VERİLDİ
Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya dövlət qurumunda vəzifə verilib.
Modern.az-ın məlumatına görə, o, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.
O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb.
O, 2018-2021-ci illərdə müəllimlərin işə qəbulu imtahanı nəticəsi ilə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
"Polad Həşimov" teqi üzrə xəbərlər
- Zərərçəkmiş şəxs: "Polad Həşimovla İlqar Mirzəyevin təxliyəsi zamanı atəşə tutulduq"
- Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar
- Eskişehirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlara həsr olunmuş panel-konfrans keçirilib
- İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş panel-konfrans keçirilib
- Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edilib