Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Polis Akademiyasına qəbul üçün müsabiqə elan olunub
Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan "Hüquqşünaslıq" ixtisasına 500, I qrupdan "İnformasiya təhlükəsizliyi" ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan, və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan vətəndaşları iştirak edə bilər.
Xüsusi təyinatlı təhsil müəssisəsinə sənədlərin qəbulu 2025-ci il fevralın 23-dək namizədin daimi qeydiyyatda olduğu yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.
"Hüquqşünaslıq" və "İnformasiya təhlükəsizliyi" ixtisas fənləri üzrə müsabiqədən keçən abituriyentlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.
İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Seçilən abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır.
Tədris Azərbaycan dilindədir, müddəti 4 ildir.
Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar.
Məzunlara "Hüquqşünaslıq" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə "polis leytenantı" xüsusi və "ehtiyatda olan leytenant" hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Qəbul qaydaları haqqında daha ətraflı məlumatları (012)-590-97-76, (012) 454-12-78, nömrəli telefonlar, habelə Polis Akademiyasının 8880 qaynar xətti vasitəsilə və ya www.mia.gov.az, www.pa.edu.az internet saytlarından, Polis Akademiyasının rəsmi "İnstagram" və "Facebook" sosial şəbəkələrindən əldə edə bilərsiniz.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı
- Baş ədliyyə müşaviri Firad Əliyev təltif edildi
- Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb olundular
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi
- Saxlanılan FETÖ üzvü universitet müəllimi imiş - HÖKM OXUNDU