Sakinlərin haqlı narazılıqları, narahatlıqları başadüşüləndir. Lakin bununla belə bildirmək istərdim ki, onların müraciətlərində göstərdikləri ünvanlar daimi nəzarətdədir və Yasamal RPİ-nin əməkdaşları tərəfindən mütəmadi olaraq oralarda reydlər keçirilir.
Oxu.Az xəbər verir ki, bunu Yasamal payon sakinlərindən bir qrupunun Prezident Adminstrasiyasına və rayonun İcra Hakimiyyətinə ünvanladıqları müraciətdə vətəndaşları narahat edən məsələlərə münasibət bildirən DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.
E.Zahidov vurğulayıb ki, görülən tədbirlər nəticəsində öz hərəkətləri və davranışları ilə sakinlərin narazılıqlarına səbəb olan onlarla şəxs barəsində inzibati tədbir görülüb,, hətta bir neçəsi konkret fakta görə cinayət məsuliyyətinə cəlb edilib.
“Yəni demək istəyirəm ki, belə müraciətlər olsa da, olmasa da qeyd edilən küçələrdə polis əməkdaşları öz xidməti vəzifələrini həmişə fasiləsiz olaraq həyata keçirib, ardıcıl olaraq reyidlər təşkil edib. Vətəndaşlarımız əmin ola bilərlər ki, bu tədbirlər daimidir və bundan sonra da davam etdiriləcəkdir”.
Qeyd edək ki, bu gün Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinləri Prezident Administrasiyası və yerli İcra Hakimiyyətinə ünvanladıqları müraciətlərində bildirmişdilər ki, yay mövsümünün gəlişi ilə əlaqədar cinsi azlıqlar hər gecə onların yaşadığı əraziyə toplaşır:
“Onlar Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər”.