Şəmkirdə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşlarının vətəndaşın avtomobilindəki yükün dağıtması iddia olunub.
Bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Baş DYP-nin Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) Alayının 9-cu taqımının əməkdaşı barədə səsləndirilən iddialar həqiqətə uyğun deyil və böhtan xarakterlidir:
“Qeyd edim ki, Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində VAZ-2106 markalı minik avtomobili normadan artıq yük aparaq, həm özü həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. YPX əməkdaşı həmin avtomobilə saxla işarəsi versə də, sürücü polis əməkdaşının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçmağa cəhd edib və nəticədə sərt manevr etdiyinə görə daşıdığı yük dağılıb.
Araşdırmalar zamanı məlum olub ki, sürücü - Şəmkir rayon sakini Vüsal Həsənov sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, məsuliyyətdən yayınmaq istəyib. V.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.
“Məhkəmənin qərarı ilə sonuncu 150 manat miqdarında cərimə edilib”, - deyə DİN rəsmisi qeyd edib.
Şəmkirdə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşlarının vətəndaşın avtomobilindəki yükün dağıtması iddia olunub.Bu barədə vid...
İlhamə Əbülfət
Rəylər