Üç gündür Gürcüstanın Poti limanında gürcülər tərəfindən yolları kəsilən həmyerlilərimiz artıq yola düşüblər.
ABADA-nın İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu Oxu.Az-a bildirib ki, artıq azərbaycanlı sürücülərin məsələsi həll olunub:
"Sürücülərimiz aidiyyəti üzrə yola salınıblar. Sözügedən limanda 6 maşın olub. Məsələ artıq həll olunub".
Qeyd edək ki, iddia edilir ki, gürcülərin yolları bağlamasına səbəb hökumətdən ev tələb etmələri olub.
Könül Cəfərli
17:05
Gürcüstanın Poti limanında gürcülər həmyerlilərimizin yolunu kəsiblər.
Vətəndaşların Oxu.Az-a verdiyi məlumata görə, hökumətdən ev tələb edən gürcülər üç gündür yolu bağlayıblar.
Səfirliyin əməkdaşlarının əraziyə gəlmələrinə baxmayaraq, gürcülər onları yenə də buraxmayıblar.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
View this post on InstagramDigər xəbərlər