Adı press-köşkdür, amma kənardan baxanda daha çox 1001 xırdavat dükanına bənzəyir. Qəzet və jurnallar digər məhsulların arasında itib-batıb.
Baku TV əməkdaşları məsələnin səbəblərini araşdırıblar.
Mövcud durumla bağlı press-köşklərin fəaliyyətini tənzimləyən Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət departamentindən bildirildi ki, bu köşklərdə qeyri çap məhsullarının satılmasına dair hər hansısa qadağa yoxdur.
“Paytaxtda gündəlik tələbat məhsulları satan xeyli sayda mağaza var. Belə olan halda mətbuat üçün ayrılan bu köşklərə niyə dükan gözü ilə baxılmalıdır?”
Bu sözləri isə Baku TV-ə açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib.
Daha ətraflı Baku TV-nin süjetində: