Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezidentin köməkçisindən sərhədə toplaşan vətəndaşlarla bağlı AÇIQLAMA - VİDEO
“Həftə ərzində 400-450 nəfərin xaricdən Azərbaycana gətirilməsi planlaşdırılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, bu vəziyyət hər zaman dəyişə bilər:
“Son günlər ölkə daxilində koronavirusa yoluxan şəxslərlə bağlı rəqəmlərin artması tendensiyası müşahidə edilir. Aprel ayının əvvəlində xaricdən gələnlərin azalması nəticəsində səhiyyə işçiləri yerli ocaqlar üzərində işləyə bildi.
“Evə gedirəm” portalı ilə qeydiyyatdan keçən vətəndaşların ölkəyə gəlməsi xüsusi qrafiklə həyata keçiriləcək. Amma vətəndaşların sərhədə gəlməsi və insanların iş prosesinə mane olması qəbulolunmazdır”, - deyə o əlavə edib.
H.Hacıyev deyib ki, bu günlərdə Rusiya vətəndaşlarının Azərbaycandan çıxması üçün xüsusi koridor yaradılır.
İlhamə Əbülfət
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Prezidentin köməkçisi Almaniya XİN başçısının ittihamlarını qəbuledilməz adlandırıb
- Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
- Hikmət Hacıyev amerikalı parlamentariləri ermənipərəst mövqelərinə görə sərt tənqid etdi
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb
Rəylər