Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Prezidentin köməkçisindən xaricdəki azərbaycanlılarla bağlı AÇIQLAMA - VİDEO
“Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 15 mindən artıq vətəndaş ölkəyə gətirilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyevin sözlərinə görə, onlar dövlət tərəfindən maliyyələşdirilən çarter reysləri ilə ölkəyə gətirilib:
“Xaricdəki vətəndaşların ölkəyə gətirilməsində müəyyən çətinliklər olmuşdu. Yaranmış vəziyyətlə bağlı həmin vətəndaşlara göstərdikləri təmkinə, anlayışa görə təşəkkür edirik. Unutmasınlar ki, dövlət hər zaman öz vətəndaşının yanındadır”.
İlhamə Əbülfət
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev İlham Əliyevin doğum günü ilə bağlı paylaşım etdi
- Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
- Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
- Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib
- Prezidentin köməkçisi: "Texnologiyanın gətirdiyi fürsətləri nəzərə alaraq inkişaf etməliyik"
Rəylər