Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı
Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə araşdırma başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, fakt Nəsimi Rayon Prokurorluğunda araşdırılır.
Nəzrin Mansurovanın müalicə aldığı xəstəxanadan bildirilib ki, hazırda xəstənin vəziyyəti ilə bağlı heç bir dəyişiklik yoxdur:
"Xəstə Nəzrin Mansurova yanvarın 5-də də "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Hazırda vəziyyəti ağır olaraq davam edir. Xəstə süni tənəffüs aparatına qoşulub, intensiv müalicə və müşahidə davam etdirilir".
Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində baş vermiş faktın araşdırılması ilə bağlı yoxlama başlanılıb.
Xatırladaq ki, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün "Mərcan" klinikasında əməliyyata girən N.Mansurova sonradan komaya düşüb, daha sonra "Liv Bona Dea Hospital"a yerləşdirilib. İddia olunur ki, onun beyninə çirk yayılıb.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda klinik protokol çatışmazlığı: Həkimlər və xəstələr üçün RİSKLƏR
- Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq böyük məbləğdə cərimələnib
- Qrip virusu ilə bağlı BİLDİRİŞ: Xərclər icbari tibbi sığorta ilə qarşılanır
- Bayram günlərində klinikalar işləyəcəkmi? - Rəsmi cavab və təkliflər
- Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?