Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Psixiatriya xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti açıqlandı - VİDEO](https://images.oxu.az/2023/04/04/17/09/26/388f2d39-fdb7-4734-8cc5-ff76483aaac1/338318310_3067281860238625_8960101760734287768_n (1):1200.jpg)
Psixiatriya xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti açıqlandı - VİDEO
Bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən, o, xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib. Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir.
Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam etdirilməsinə qərar verilib.
Stasionar müalicə kursu başa çatdıqdan sonra o, ambulator müalicə üçün evə buraxılacaq və qardaşının himayəsinə veriləcək.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Yaxın gələcəkdə Azərbaycanda HPV peyvəndi pulsuz olacaq
- Tibb müəssisəsinə işə qəbulun müsahibə mərhələsində hansı meyarlar üzrə suallar verilir?
- Azərbaycanda qəfil ölümlərin sayı AÇIQLANDI: Özümüzü nədən qorumalıyıq?
- İki qurumdan elektron siqaretlərlə bağlı vətəndaşlara MÜRACİƏT
- Səhiyyə Nazirliyi ilk dəfə Cəbrayılda əhali üçün tibbi müayinələr təşkil edib