Azərbaycanın tanınmış psixoloqlarından olan Dəyanət Rzayev “Qafqazinfo” agentliyinə müsahibə verib.
Öz müsahibəsində psixoloq son zamanlar cəmiyyətimizdə baş verən hadisələri şərh edib, xüsusilə də son zamanlar intihar faktlarının artması faktına toxunub.
D.Rzayevin fikrincə indi Azərbaycanda acınacaqlı haldır.
“Bəli 1990-cı illəri xatırlayanda, o zamanla müqayisədə indi dəfələrlə artıb. Bu da onunla əlaqəlidir ki, o ölkədə ki, müharibə və aclıq, daha ağır vəziyyət var, həmin ölkələrdə intihar olmur. Çünki o qədər böyük problemləri var ki, özləri özləri ilə qalmağa vaxtları yoxdur. Hamı eyni problemi yaşayır. Böyük və ümumi problemlər fərdi problemləri kölgədə qoyur” – deyə, o qeyd edib..
Bundan başqa, psixoloq saytın Facebook səhifəsindəki oxucusunun “Cəmiyyətlə ayaqlaşa, taleyi ilə barışa bilməyənlərin intihardan başqa hansı seçimi var?” sualını belə cavablandırıb:
“Bir halda ki, görürsünüz cəmiyyəti dəyişə bilmirsiniz o zaman ya bu cəmiyyətdən uzaqlaşmaq, ya da özünüzü dəyişdirməsəniz belə bu vəziyyətə alışdırmağa çalışın. Qeyri halda başqa çıxış yolu yoxdur.
Azərbaycan cəmiyyətinin yaralı yeri qeyrət-namusdur. Halbuki o qeyrət namussuzluğu edənlər də elə o baş kəsənlərdir. Hansı ölkədə, xalqda ki, qeyrət-namusdan çox danışırlar, bütün qeyrətsizlik və namussuzluqları bu barədə danışanlar edir. O gün yolda bir xarici maşın saxlayıb qıza siqnal edir “gəl otur” və s. kimi təhqiramiz müraciətlər edir. Qız çönüb deyir ki, “sənin anan-bacın yoxdur?” oğlan başlayır qızı söyməyə. Belçikada küçədə qıza söz atana 8000 avro cərimə tətbiq olunur. Azərbaycanda qız kiməsə desə ki, mənə söz atdılar, deyəcəklər yaxşı qıza söz atmazlar. O gün cinayət işində bir xanımın qaynı tərəfindən öldürüldüyünü verdilər. Deməli bu xanımı öncə əri bıçaqlayıb. Türmədədir və boşanıblar. Sonra qaynı dayanacaqda bir kişi ilə söhbət etdiyini görüb gəlini bıçaqlayıb öldürüb. Əvvəla bu əxlaqsızdır və boşanıbsa, özü bilər həyatını necə yaşayır. Heç kimin haqqı çatmır ki, kiminsə necəsə yaşamasına görə onu öldürsün. Öz həyatıdır özü bilər. İkincisi mənim polisim bir dəfə gördü ki, bunu əri bıçaqlayıb, bu insanların təhlükəsizliyini elə təmin etsin ki, öldürmək həddinə çatmasın da. Öldürdükdən sonra öldürənin türmədə yatmasının ölənə nə xeyri? Azərbaycanda deqradasiya prosesi gedir”.
www.qafqazinfo.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin