Son günlər məktəblərdə şagird müəllim münasibətlərində müşahidə edilən xoşagəlməz hadisələr ciddi müzakirə mövzusu olub. Sosial şəbəkələrdə insanlar iki qrupa ayrılaraq bir növ günah və günahkar axtarışındadırlar.
Bu gönderiyi Instagram'da görBir qrup insan düşünür ki, təhsil müəssisələrindəki bu kimi neqativ hallara səbəb valideynlərin uşaqlara yersiz və gərəksiz “azadlıq” vermələri, ailə tərbiyəsindəki müəyyən boşluqlardır. Digər bir qrup isə təhsil müəssisələrində bu kimi hallara müəllimlərin şərait yaratdığını düşünür.
Bəs görəsən əslində bu gün məktəblilərlə 10 il əvvəlki məktəblilər arasındakı uçurumun səbəbi nədir? Texnologiya əsrində yaşamağımız bu kimi neqativlərin artımına səbəb olmamalıdır. Problem müəllim, yoxsa valideynlə yeniyetmələr arasında qoyulan münasibətlərin təməlində yol verilən boşluqlardan qaynaqlanır?
Bəs görəsən psixoloqlar bu məsələ ilə bağlı nə düşünür?
Bu gönderiyi Instagram'da görOxu.Az-ın əməkdaşı məsələ ilə bağlı psixoloq Təranə Kazımlı ilə əlaqə saxlayıb. T.Kazımlının sözlərinə görə, məktəblərdə şagird müəllim arasındakı xoşagəlməz münasibətləri əks etdirən görüntülərin yayılması həm bir psixoloq kimi, həm də valideyn kimi məni ciddi narahat edir:
“Hər gün müraciət edənlərdən azı üç məktəblinin davranış problemi, internet asılılığı ilə bağlı problemə köməklik edirik. Biz bu kimi davranışlar sərgiləyən şagirdlərlə bağlı müraciətlər alırıq və onlara zəruri psixoloji dəstək veririk. Təəssüf ki, hazırda bütün ailələrin bu kimi mövzuda uşaqlarına psixoloji yardıma cəlb etməyə imkanları çatmır. Uşaqlara vaxtında dəstək göstərmək vacibdir. Son zamanlar məktəblərdə şagirdlərin neqativ hərəkətlərinə dair yayılan videogörüntülərdə şiddət, aqressiya müşahidə olunur. Təbii ki, müəllimənin yaşlı olmasının da bəlkə də onlara verdiyi bir arxayınlıq var idi. Deyərdim ki, bir az da səhlənkarlıq var. Şagirdlər müəllimənin yerindən durmayacağından, onlara heç nə etməyəcəyindən arxayındırlar”.
Psixoloq bu mühitin yaranmasına məktəb, valideyn, ailə triosunun yol verdiyi nöqsanların səbəb olduğunu düşünür:
“Bu bizim görmək istəmədiyimiz durumdur. O sinifdə sözügedən şagirdlər və müəllimlərlə yanaşı, təhsil müəssisəsinə təhsil almaq üçün gələn, dərsini dinləyən intizamlı uşaqların da hüquqları pozulmuş oldu. Hər bir məktəbdə bu kimi hallar olub və belə siniflərə rast gəlinib. 10 il əvvəlki məktəblilərlə müqayisədə bu gün internetdən istifadə sürətlə artıb. 10 il bundan qabaq baş verən bənzər neqativ hallar məktəb daxilində həll olunurdu. Bu gün isə sözügedən video digər şagirdlərdən tərəfindən lentə alınaraq sosial şəbəkələrə yüklənib. Uşaqlar istər dəcəl olsun, istərsə də dərsə qarşı diqqətli, fərq etmir, biz onların hüquqların müdafiə edilməsinin tərəfdarıyıq”.
Çıxış yolu kimi valideyn və müəllimlərin bənzər situasiyalarda görüşüb fikir mübadiləsi aparmasının önəmli olduğuna diqqət çəkən psixoloq deyir ki, aqressiv şagirdə aqressiv cavab vermək düzgün deyil:
“Subyektiv fikrimi bildirim ki, görüntülərdə müəllimin soyuqqanlılığını qorumağa çalışdığını görürük. Başını salıb işini görür, görməzdən gəlir və s. Amma müəllimin belə davranması da düzgün deyil, bu halda digər şagirdlərin hüquqları pozulur. Bu vəziyyət birdən-birə yarana bilməz. Biz günahkar axtarmağa çalışmamalıyıq. Həmişə yuxarı siniflər ibtidai sinif rəhbərlərindən, onlar isə valideynlərdən şikayətlənirlər. Psixoloji dəstək uşağın ailəsi, ətrafı, mühiti və s. qiymətləndirilərək aparılır. Bu kimi hallarda uşaqların məktəbdən çıxarılması, aqressiv cavab verilməsi və s. problemin həllinə aparan çıxış yolu deyil.
Məktəblərdə yaş qrupu ilə məşğul olan psixoloqların olması vacibdir. Əgər məktəb daxilində bunu etmək imkanı yoxdursa, təhsil müəssisələri zəruri psixoloji mərkəzlərdən dəstək ala bilərlər. Ümumi profilaktik söhbətlərin aparılması önəmlidir. Valideyn çox şeyi məktəbdən, məktəb isə valideyndən gözləyir. Bu məsələdə müəllimlərin də bəhanələri var, ailələr də, uşaqlarda individualdırlar. Psixoloq kimi məsləhət görürəm ki, uşaqlarla psixoloji işə aktiv şəkildə bağçadan başlanılsın. Təhsil müəssisələri ilə əməkdaşlığa isə daima hazırıq”.
Könül Cəfərli
Mövzuya aid xəbərlər
Digər xəbərlər