Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Pulsuz hüquqi yardım göstərilən aztəminatlı şəxslərin sayı açıqlandı
"2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı test imtahanı keçirilib. Bu dövrdə imtahanlarda iştirak edən 6 070 namizəddən 1 728 nəfəri uğurlu nəticə əldə edərək icbari təlimləri müvəffəqiyyətlə tamamlayıb və vəkil andı içərək kollegiya üzvlüyünə qəbul olunub".
Oxu.Az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində ARVK-nın sədri Anar Bağırov deyib.
Anar Bağırov qeyd edib ki, ötən il ərzində ARVK tərəfindən ölkə üzrə ümumilikdə 5 663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib:
"ARVK-da vəkillər, gənc hüquqşünaslar davamlı olaraq müxtəlif mövzularda təlim və tədris proseslərinə cəlb olunurlar, onların etik davranışının, hüquqi savadının, praktiki bilik və bacarıqlarının artırılmasına diqqət yetirilir".
Məhərrəm Əliyev
"Anar Bağırov" teqi üzrə xəbərlər
- Anar Bağırov: "Dövlət hesabına ödənilən hüquqi yardıma görə haqq kəskin şəkildə artırılacaq"
- Anar Bağırov: "Ölkəmizdə vəkillərin ümumi sayı 2 609 nəfərə çatıb"
- Anar Bağırov: "Hüquqşünas kadrların hazırlanmasında ikili diplom yanaşmasına ehtiyac var"
- Üç vəkilin fəaliyyəti dayandırılıb, dörd vəkilə töhmət verilib
- Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar