Bakıda yol hərəkəti qaydalarını aşkar surətdə və qəsdən pozan, cəmiyyətə hörmətsizlik nümayiş etdirən, onu intizama dəvət edən vətəndaşlarla isə "öz qaydaları" ilə davranan sürücü barədə polis hərəkətə keçib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb.

Araşdırma nəticəsində "Changan" markalı, 99-KQ-953 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib və barəsində inzibati qaydada qanunamüvafiq tədbir görülüb.
Məhərrəm Əliyev