Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yüksək rütbəli erməni hərbçisi məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
“Mayın 25-də, cəbhənin cənub istiqamətində düşmən tərəfdən (Azərbaycan tərəfdən – red.) açılan atəş nəticəsində podpolkovnik Qarik Balayan ölümcül güllə yarası alıb və həlak olub”, - Novosti-Armeniya yazır.