Bakı-Sumqayıt yolunun Masazır dairəsindən keçən hissəsində bir istiqamətdə işıqlandırma yoxdur.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, işıqlandırmanın olmamasına səbəb həmin ərazidə qəza baş verməsi olub:
“Qəza səbəbindən yaranan texniki problemin qısa müddətdə aradan qaldırılması üçün zəruri tədbirlər görülür. İddia edilən kimi hər gün axşam saat 20:00-dan sonra yolun sözügedən hissəsində işıqlandırmanın olmaması həqiqəti əks etdirmir”.
11:20
Hər axşam Bakı-Sumqayıt yolu qaranlığa qərq olur.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, hər gün axşam saat 20:00-dan sonra sözügedən yolda işıqlar söndürülür.
Paylaşımda qeyd edilib ki, yolun hansı səbəbdən qaranlığa qərq olduğunu aidiyyəti qurumların heç biri açıqlamaq istəmir.
Həmin görüntüləri təqdim edirik:
Rəylər