Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Qardaşlaşmış Qarabağ məktəbləri" V Qış Düşərgəsinə start verilib
Azərbaycan Diasporuna Dəstək Fondu, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Qardaşlaşmış Qarabağ Məktəbləri" V Qış Düşərgəsinə start verilib.
Oxu.Az xəbər verir ki, Moldovada yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirakı ilə baş tutan düşərgənin açılış mərasimində çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev bütün düşərgə iştirakçılarını salamlayıb və artıq ənənə halını alan bu layihənin tədbirin əhəmiyyəti barədə məlumat verib. Daha sonra çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova nitqində layihənin gerçəkləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bütün düşərgə iştirakçılarına uğurlar arzulayıb.
Layihənin ideya müəllifi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov isə dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın övladlarını birləşdirən bu layihənin artıq 5-ci dəfə doğma Vətəndə keçirilməsindən böyük sevinc və qürur hissi keçirdiyini bildirib və layihənin gələcəkdə də eyni axarda davam edərək dünya azərbaycanlılarının həmrəyliyinə töhfə verəcəyinə ümid etdiyini qeyd edib.
Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixlərində keçiriləcək bu düşərgədə Azərbaycandan olan şəhid övladları və Moldovada yaşayan soydaşlarımızın övladları daxil olmaqla ümumilikdə 12-15 yaş aralığında olan 20 məktəbli iştirak edir. Düşərgə ərzində iştirakçılar müxtəlif istiqamətli peşəkar təlimlərdə iştirak edəcək, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarını ziyarət etmək şansı əldə edəcəklər.
"Diasporla İş üzrə Dövlət Komitəsi" teqi üzrə xəbərlər
- Gələn il üçün Azərbaycanın xaricdə təbliğatına yeddi milyon manat ayrılır
- Fuad Muradov: "Bütün istiqamətlərdə Azərbaycanın özünün strateji hədəfləri var"
- Çikaqo şəhərində Azərbaycan Bayrağı ucaldılıb
- Sinqapurda yaşayan Azərbaycan icması ilə görüş keçirilib
- Polşada azərbaycanlı tələbələrə hücum edilib? - Diaspordan AÇIQLAMA