Qarlı hava şəraitində Bakıda 35 yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, qəzaların heç birində xəsarət olmayıb, yüngül maddi ziyanla qeydə alınan hadisələr olub.
Polis mayorunun sözlərinə görə yollarda piyadaların təhlükəsizliyi və avtomobillərin fasiləsiz hərəkəti üçün zəruri tədbirlər görülür.
“Paytaxtın bütün istiqamətlərində, xüsusilə yol kəsişmələrində DYP əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Hava şəraitinin pisləşəcəyi ilə bağlı tərəfimizdən hərəkət iştirakçılarına müraciətlərimiz olub.
Hazırda paytaxtın mərkəzi rayonlarında hərəkət tam bərpa olunub. Çətinlik müşahidə edilən müəyyən küçə və prospektlərə isə DYP əməkdaşları cəlb olunub, hərəkətin tənzimlənməsi üçün tədbirlər görülür”, - deyə A.Əsgərli qeyd edib.
Qarlı Bakıda baş verən qəzaların sayı AÇIQLANDI - YENİLƏNİB + FOTO/VİDEO
Könül Cəfərli
Rəylər