Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qarlı havalarda baş verən sığorta hadisələri - STATİSTİKA
Qarlı hava şəraitində baş vermiş hadisələrə görə üç milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, cari ilin 21 fevral - 2 mart tarixləri aralığında ölkə ərazisində müşahidə olunan intensiv qarlı və şaxtalı hava şəraiti nəticəsində bir sıra hadisələr qeydə alınıb:
"Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəyib.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazarı iştirakçılarından aldığımız bu günə olan son dəqiq məlumatlara görə, ümumilikdə yeddi sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 4414 müraciət daxil olub. Bu müraciətlərin 3721-i "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü, 676-sı "Kasko" sığorta növü, 17-si isə "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə baş vermiş hadisələr ilə əlaqədar olub. Sektordan aldığımız məlumata görə, 3215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat həcmində müəyyən olunub, 1199 hadisə üzrə isə zərərin qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərərin qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb".
"Qarlı hava şəraiti" teqi üzrə xəbərlər
- Qarlı havada xəsarət alanların sayı AÇIQLANDI
- Zaqatalada qarın hündürlüyü bir metri keçib - FAKTİKİ HAVA
- "Asfalt dağılıb, ətrafı üfunət basıb" - Xırdalanda yeni layihəyə daxil edilən yol niyə düzəlmir?
- Qarlı Bakı küçələrində səhər yelinin aydınlığı - Paytaxtda qış mənzərəsi
- Qarlı hava şəraiti səbəbindən xəsarət alanların SAYI ARTDI