Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qatarı dayandıran inəyə görə səkkiz min manat CƏRİMƏ
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarına ziyan vuran iribuynuzlu heyvanın sahibini cərimə etdirib.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Ağstafa-Bakı marşrutu ilə hərəkət edən ADY-yə məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli sərnişin qatarı Zazalı-Dəliməmmədli mənzilinin 349-cu km-də hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməyib və inəyi vurub.
Nəticədə qatarın ön və yan hissəsi zədələnib, ADY-yə 8 089.83 manat məbləğində maddi ziyan dəyib.
Aparılan araşdırma zamanı hadisəyə səbəb olan iribuynuzlu heyvanın sahibinin C.M. olması müəyyən edilib. Fermer izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf edib. Amma ADY-yə dəyən zərəri ödəmək üçün maddi imkanı olmadığını bildirib.
Məhkəmə C.M.-dən 8 190.83 manat məbləğin tutularaq QSC-yə ödənilməsi barədə qərar qəbul edib.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Azərbaycan Çindən müasir nəqliyyat vasitələri alır: 26 milyon dollar xərclənəcək
- Bakı-Xırdalan-Sumqayıt qatarında YUBANMA VAR - Səbəbi açıqlandı
- Selin fəsadı ilə bağlı RƏSMİ CAVAB: "Siyəzəndə dəmiryol ərazisində ziyan olmayıb"