ARB TV-nin “Səni Axtarıram” verilişində gərgin anlar yaşanıb.
Belə ki, Elşadın uşaqları üçün tələb etdiyi DNT analizinin cavabları açıqlanıb. Analizin cavabında Əfsanənin uşaqlarının atasının Elşad olduğu müəyyənləşib.
Qeyd edək ki, Elşad “Səni Axtarıram” verilişinə həyat yoldaşı Əfsanənin anasını öldürdüyü iddia edərək, cinayət işinin açılması üçün müraciət etmişdi.
Eyni zamanda Əfsanənin əmisi oğlu Seymurla münasibətinin olduğunu iddia edən Elşad Xoşqədəm Hidayətqızından uşaqların atasının kimliyinin aşkarlanması üçün DNT analizinin alınmasını istəmişdi. Müraciət əsnasında, aparılan araşdırmaların nəticəsində Elşadın həyat yoldaşı Əfsanə canlı efirdə qayınanasını öldürdüyünü də etiraf etmişdi.
Daha ətraflı videosüjetdə: