Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qazax rayonunun işğalda olan kəndlərindən yeni görüntülər - VİDEO
Qazax rayonunun işğalda olan kəndləri, eləcə də Ermənistanın Berkaber, Voskepar kəndinin eksklüziv görüntüləri yayılıb.
Bu kəndlərdən danışanda ya arxiv kadrlardan, ya da xəritələrdən istifadə etmişik. Bu dəfə isə o kəndlərdən görüntülər lentə alınıb.
Qeyd edək ki, Qazaxın işğalda olan bütün kəndlərini çəkmək mümkün deyil. Çünki üç kəndimiz eksklavdır. Onlar bizdən erməni kəndləri ayırır, digər dörd kəndimiz isə işğal edilib. İşğalda olan Qızılhacılı Ermənistanın Berkaber kəndi ilə sərhəddir.
“İTV Xəbər”in əməkdaşları Ermənistanın İcevan, Tbilisi magistralına yaxın ərazidə də olublar. Bu, Ermənistanın Gürcüstana yeganə quru yoludur. Yolun tam yanında işğalda olan kəndlərimiz Aşağı Əskipara və Bağanis Ayrım yerləşir. Bu ərazidən isə Ermənistanın Voskepar kəndi lentə alınıb.
Sözügedən ərazilərdən ilk və eksklüziv görüntüləri təqdim edirik:
Rəylər