Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Qazaxda ana uşaqları ilə birgə itkin düşdü](https://images.oxu.az/2019/08/26/15/46/18/9b662204-5f7c-4d77-a0e7-d283cc9b6dd9/anaaa:1200.jpg)
Qazaxda ana uşaqları ilə birgə itkin düşdü
Qazaxda itkin düşən ana və övladları yaxınları tərəfindən axtarılır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova azyaşlı uşaqları, 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımova ilə birlikdə avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
N.Qasımovanın əlamətləri belədir: boyu 157 sm, arıq bədən quruluşlu, gödək qara saçlara malik, gözlərinin rəngi şabalıdı.
Onları tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 392-02-21, (055) 335-29-55 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
"DİN" teqi üzrə xəbərlər
- Şahnaz Bəylərqızı qaçaqmalçılıqda ittiham olunur
- Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Keçən il vətəndaşların bank kartlarından 22 milyon manatdan artıq vəsait oğurlanıb
- Cəbrayıl şəhərciyində qadın narkotikə görə həbs edildi
Rəylər