Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qazaxıstanda AZAL təyyarəsində baş vermiş faciəyə mahnı həsr edildi
Qazaxıstanda dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarədə baş vermiş faciəyə həsr edilmiş mahnı yazılıb.
Oxu.Az bu barədə Tengrinews.kz-ə istinadən xəbər verir.
"Dərya boyda ürəklər" adlanan musiqinin bəstəkarı və ifaçısı Renat Qaysindir. Mahnın sözləri isə Daniyar Aldaberqenə və Elmira Dehqaniyə məxsusdur.
Lirik musiqini ifa edən Renat Qaysin bildirib ki, mahnının iki dildə oxunması Qazaxıstan-Azərbaycan dostluq və qardaşlıq əlaqələri ilə bağlıdır.
"Bizi bir ürəkdə birləşdirən Xəzər dənizidir və o, bir ritmdə döyünür. Hörmət və ehtiramımı ifadə etmək üçün sonuncu nəqarəti Azərbaycan dilində oxudum. İstəyirəm ki, dostluğumuzu qoruyaq. Bu, xüsusilə belə həssas vaxtlarda çox mühümdür", - Renat Qaysin vurğulayıb.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"
- Aktau faciəsində xilas olan Toğrul Cəfərov: "Pilot bizi suya eniş üçün hazırladı"
- Ferhad Aznevi: "Rusiya bütün hallarda AZAL təyyarəsi qəzasına görə məsuliyyət daşıyır"
- Mixail Saakaşvili İlham Əliyevin qətiyyətindən yazdı
- Uçuş qorxusu nədir və ondan necə qurtulmaq olar?