Qəbələdə baş verən yanğının sahəsi genişlənib.
APA xəbər verir ki, hazırda FHN-in yanğınsöndürənləri ərazidədir.
Yanğının sahəsi üç hektardan artıq ərazini əhatə edir.
Bununla yanaşı, Qəbələnin Tola və Soltannuxa kəndlərinin ərazilərində də yanğın qeydə alınıb.
Kolluq ərazilər yanır.
18:35
Qəbələdə yanğın başlayıb.
APA xəbər verir ki, yanğın rayonun Kiçik Pirəli və Mirzəbəyli kəndləri arasında olan sahədə qeydə alınıb.
Havanın küləkli olması səbəbindən yanğın genişlənib. Alov əsasən kolluq və ağaclıq ərazidə yayılıb.
Yanğın ümumilikdə iki yerdə 1 hektara yaxın ərazini əhatə edir.
Qəbələ yanğından mühafizə hissəsinin əməkdaşları əraziyə cəlb olunub, alovun qarşısını almaq üçün tədbirlər görülür.