Qəbələ rayonu Nic qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi bilinib.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
Onun sözlərinə görə, qəza nəticəsində “LADA Priora”nın sürücüsü, Nic qəsəbə sakini 22 yaşlı Anar Hüseynli aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
10:54
Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza bu gün səhər saatlarında Qəbələ rayonunun Nic qəsəbəsində qeydə alınıb.
Hadisə zamanı “LADA Priora” və “Toyota Highlander” markalı avtomobillər toqquşublar.
Qəza nəticəsində “LADA Priora”nın sürücüsünün öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Samir İsayev