27 sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanda şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımız İkinci Şəhidlər xiyabanında ziyarət olunur.
Ziyarətçilər arasında şəhidlərimizin ailə üzvləri ilə yanaşı, onların döyüş yoldaşları və ictimaiyyət nümayəndələri də var.
İlhamə Əbülfət
FOTO: Firudin Səlimov