Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - TƏFƏRRÜAT - YENİLƏNİB + FOTO/VİDEO
Ötən gecə paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında avtomobil iki qadını vurub, nəticədə onlardan biri dünyasını dəyişib.
“Qafqazinfo”nun məlumatına görə, qəzada vəfat edən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva təhsil sahəsində tanınmış şəxs imiş. Uzun illər pedaqoji fəaliyyət göstərmiş G.Əfəndiyeva 2012-2024-cü illərdə Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl vəzifədən azad edilibmiş.
Qəzada ağır xəsarət alan Kəmalə Bağırovanın da həmin təhsil kompleksində çalışdığı bildirilir.
08:40
Bakının Nizami rayonunda avtomobilin vurduğu piyadalardan biri ölüb.
APA xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.
1959-cu il təvəllüdlü Kəmalə Həmid qızı Bağırova və 1961-ci il təvəllüdlü Gülarə Oktay qızı Əfəndiyeva şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyiblər. Həmin vaxt onları KIA markalı avtomobil vurub.
Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Xəstəxanada müalicə alan Gülarə Əfəndiyeva həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
00:16
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, toydan çıxan iki şəxsi avtomobil vuraraq öldürüb.
Həmin görüntüləri təqdim edirik:
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI
- Naxçıvanda AĞIR QƏZA - Taksi sürücüsü öldü
- Gələn ay toyu olacaqdı - Faciəli şəkildə ölən gəncin FOTOLARI
- Xocəsən qəsəbəsində sərnişin avtobusu QƏZASI: Sürücü xəsarət alıb
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ