Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qızılcaya yoluxan azyaşlı ölümdən son anda xilas edildi
“2 yaşlı pasiyent (kişi cinsli) Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının Uşaq təcili tibbi yardım bölməsinə qızılcaya bağlı qıcolma, bunun nəticəsində tənəffüs və ürəyin dayanması şikayəti ilə şüuru qapalı şəkildə yerləşdirilib”.
Bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, pasiyent ilkin olaraq laborator, diaqnostik müayinələrdən keçirilib və bir saata yaxın müddətdə xəstəyə komanda şəklində təkmil həyat dəstəyi (kardio pulmonar resussitasiya) göstərilib.
Xəstə uğurlu canlandırma sonrasında profil üzrə müvafiq xəstəxanaya yerləşdirilib.
Ən çox oxunanlar
Rəylər