Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qızılcaya yoluxan zaman peyvəndlənmə mümkündürmü?
“Qızılcaya əvvəllər yoluxmayan və peyvəndlənməyən şəxslər xəstəlik aşkarlandığı 72 saat ərzində peyvəndlənə bilərlər”.
Oxu.Az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi Xidmətlərin İnkişafı Departamentinin Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
Turan İbrahimova qeyd edib ki, qızılcaya qarşı peyvəndin iki dozası vurulur:
“Xatırlatmaq istəyirəm ki, qızılcaya qarşı peyvəndin birinci dozası uşaq 12 aylıq olanda, digəri altı yaşında vurulmalıdır. İki doza vurulan şəxslərin yenidən peyvəndlənməsinə ehtiyac yoxdur. Əgər şəxs qızılcaya yoluxmayıbsa və ya peyvəndlənməyibsə, 72 saat ərzində peyvəndlənə bilərlər. O zaman xəstəliyi daha yüngül keçirəcək”.
T.İbrahimova sonda TƏBİB-in xəstəliyə qarşı aktiv olduğunu əlavə edib:
“Bakıda 17, Sumqayıtda iki, regionlarımızda 48 şöbəmiz mövcuddur. Ümumilikdə 1 400 çarpayımız var”.
Nəzrin Vahid
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda gənc buzlanmış yolda təhlükə yaratdı - DYP çağırış etdi
- Sumqayıt sakinlərinin sahibsiz it problemi: "Uşaqlarımızı qorxa-qorxa məktəbə aparırıq"
- Sumqayıtda 46 yaşlı kişi baltalanıb
- Yaşayış binasının həyəti ÇÖKDÜ: Sakinlər təşviş içində
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR