Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qızılcaya yoluxma ilə bağlı xəbərdarlıq: Təhlükəli vəziyyət gözlənilir?
İki gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev şagirdlər arasında qızılcaya təşvişə düşəcək sayda yoluxma olarsa, məktəblərin qapanmaya gedə biləcəyi ilə bağlı açıqlama verib.
Bəs, doğurdan da qızılcaya yoluxma hallarında ciddi təhlükə gözlənilirmi?
Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq, qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
Bildirilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilir:
“Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvənd olunmayan uşaqlardır”.
“Peyvənd mütləq vurulmalıdır”
İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, son günlərdə qızılcaya sürətli yoluxma qeydə alınır və bunun səbəbi də peyvəndləmənin olmamasıdır:
“Xüsusən də uşaqların peyvəndinin olmaması onların qızılcaya yoluxmasına səbəb olur. Uşaqların anadan olandan üç yaşına qədər olan peyvəndlər, rutin peyvəndləri mütləq vurulmalıdır. Uşaqlar bir və altı yaşında qızılcayla bağlı vaksinasiyaya cəlb olunmalıdır. Bu peyvəndlər olmadıqda, uşaqlar təəssüf ki, digər infeksion xəstəliklərə qarşı da müdafiəsiz olurlar. Hazırda qızılca geniş yayılmaqdadır”.
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazir: "Elm sahəsində differensial əməkhaqqına gedəcəyik"
- Nazir: "Elmi ad alanlara ömrünün axrına kimi yüksək maaş verməli deyilik"
- Nazir: "Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür"
- İqlim dəyişikliyinin yaratdığı zərurət: Yaşıl bacarıqların inkişafı üçün nə lazımdır?
- Yusuf Tekin: "COP29-un qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq"
Rəylər