Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qohumunu boğaraq öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib
Mayın 13-də Xızı rayon sakini, 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
İbtidai istintaqla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun rayonun Giləzi qəsəbəsində yerləşən evlərin birində aralarında yaranmış mübahisə zamanı qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Taleh Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb
- Qonşu qadının başına kərki ilə vurub xəstəxanalıq etdi
- BMW-nin sərnişin avtobusuna çırpılması ilə baş verən zəncirvari qəzada yaralananların durumu açıqlandı
- Sumqayıtda küçədən kişi meyiti tapılıb
- Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 15 nəfər müəyyən olunub
Rəylər