Balakəndə qohumlar arasında insident baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.
1984-cü il təvəllüdlü Arzuman Heydərov evinə qonaq getdiyi qohumu - 1989-cu il təvəllüdlü Xəlil Xəlilova dörd bıçaq zərbəsi vurub.
A.Heydərov hadisəni törədən zaman sərxoş olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisəni törədən A.Heydərov saxlanılıb:
“Abuzər Heydərovun izahatı alınıb və Balakən RPŞ - nin İstintaq bölməsində araşdırma aparılır”.
İlhamə Əbülfət