Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qoyunun başını kəsən azərbaycanlıya cinayət işi açıldı
Rusiyada oğluna toy edəndən sonra qoyunun başını kəsən ataya qarşı cinayət işi açılıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, hadisə Sank-Peterburq şəhərində baş verib.
45 yaşlı azərbaycanlı oğlunun toyundan sonra çoxmərtəbəli yaşayış binasının həyətində qoyunun başını kəsib.
Gəlinin və bina sakinlərinin gözü qarşısında baş verən hadisənin izləyiciləri bu görüntünü sosial şəbəkələrdə yayıblar.
Puşkin Rayon Polisi hadisə ilə bağlı cinayət işi açıb.
Günel Murad
Ən çox oxunanlar