Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qubadakı ağır qəzada ölən və yaralanan şəxslərin kimliyi AÇIQLANDI
Qubada yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, Quba - Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən yol qəzasında "Hyundai" markalı minik avtomobilinin sərnişini Ucal Şahbaz oğlu İbrahimov dünyasını dəyişib.
Sürücü Mehman Bəylər oğlu Balayarov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Quba-Xaçmaz yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, "Hyundai" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, sürücü ağır xəsarətlər alıb.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Paytaxtda yük maşını işıqfora çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR
- Ağdamda AĞIR QƏZA: Ölən və xəsarət alanlar var